Azərbaycan millisinin ilk sınağı
19.02.2026 , 10:00
18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində bu gün ilk oyuna çıxacaq.
Korner.az xəbər verir ki, B qrupunda yer alan millimiz Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:50-də başlanacaq.
Qeyd edək ki, Azərbaycan millisi fevralın 20-də Özbəkistan, 21-də Belarusla üz-üzə gələcək.