Azərbaycan millisinin heyəti məlum oldu – SİYAHI
16.10.2024 , 18:41
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığması ilə keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib.
Korner.az xəbər verir ki, oktyabrın 21-də təlim-məşq toplanışına başlayacaq millimiz ayın 25-də, saat 16:00-da Portuqaliya yığmasını Mərdəkandakı “Liv Bona Dea Arena”da qəbul edəcək.
Bundan 4 gün sonra, Bakı vaxtı ilə saat 23:45-də Vizela şəhərindəki eyniadlı stadionda cavab görüşü baş tutacaq.
Milliyə dəvət olunan futbolçuların adlarını sizə təqdim edirik:
- Aytac Şərifova – Hakkarigücü (Türkiyə)
- Nərgiz Əliyeva – Fatih Vətən (Türkiyə)
- Günay İsmayılova – Neftçi
- Aysun Əliyeva – Neftçi
- Nigar Mirzəliyeva – Zenit (Rusiya)
- Nərgiz Hacıyeva – Aktobe (Qazaxıstan)
- Manə Mollayeva – Neftçi
- Fidan Cəfərova – Neftçi
- Yeliz Acar – Fatih Vətən (Türkiyə)
- Kamilla Məmmədova – Okjetpes (Qazaxıstan)
- Vüsalə Seyfəddinova – Neftçi
- Firəngiz Teymurova – Neftçi
- Jalə Məhsimova – Bəylərbəyi Spor (Türkiyə)
- Peritan Bozdağ – Fatih Vətən (Türkiyə)
- Nazlıcan Parlak – Qalatasaray (Türkiyə)
- Coşqunə Əliyeva – Neftçi
- Sevinc Cəfərzadə – Krasnodar (Rusiya )
- Kristina Bakarandze – Qalatasaray (Türkiyə)
- Ayşən Əhmədova – Krılya Sovetov (Rusiya)
- Alina Dorofeyeva – Yenisey (Rusiya)
- Diana Məmmədova – Yenisey (Rusiya)
- Milana Rəhimova – Ünyespor (Türkiyə)
- Vüsalə Hacıyeva – Ünyespor (Türkiyə)
- Ayşən Salamzadə – Neftçi
Ayşən Salamzadə oktyabrın 25-də keçiriləcək Azərbaycan – Portuqaliya oyunundan sonra 17 yaşadək qızlardan ibarət millinin düşərgəsinə qoşulacaq. U-17 Avropa çempionatının seçmə mərhələsinin qrup mərhələsində, oktyabrın 30-da Serbiya, noyabrın 3-də isə Lüksembuq seçməsi ilə qarşılaşacaq.