Azərbaycan millisinin heyəti açıqlandı
28.04.2023 , 16:45

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının aprelin 30-dan mayın 7-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı olacaq.
Korner.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində Türkiyə yığması ilə üç yoldaşlıq oyunu keçirəcək. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov
Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Amid Nəzərov,, Orxan Məmmədov, Fuad Hüseynov, Kamil Hüseynov, Bayram Paşazadə, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Tural Qurbatov, Emil Həsənzadə, Kamran Qürbətov
