Azərbaycan millisinin heyəti açıqlandı
16.09.2024 , 23:58
Sentyabrın 19-da və 20-də Zlin şəhərində Çexiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin yekun heyəti açıqlanıb.
Korner.az xəbər verir ki, baş məşqçi Vitali Boriov səfərə 3-ü qapıçı olmaqla 13 futzalçı ilə yollanacaq. Komanda sabah səhər saatlarında Bakı-Vyana reysi ilə hərəkət edəcək, Avstriyanın paytaxtından isə avtobusla Zlin şəhərinə yollanacaq.
Emin Kürdov, Vladislav Reznov (hər ikisi “Araz-Naxçıvan”), Kamran Hacıyev (“Baku Fire”), Emil Həsənzadə, Xəzər Ağalızadə, İlham Əliyev, Ülvi Əliyev (hamısı – “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Oktay Rüstəmli, Fərid Abbasov, Murad Quluzadə (hamısı – “Baku Fire”), Mirzə Əmirov, Eldar Zeynalov (hər ikisi – “Neftçi”).