Azərbaycan millisinin daha bir rəqibi müəyyənləşdi
27.12.2019 , 15:15

Azərbaycan milli komandası Malta yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Görüş gələn il martın 30-da reallaşacaq. Matçın keçiriləcəyi stadion açıqlanmayıb.
Azərbaycan mayın 26-da Antalyada Türkiyə ilə yoldaşlıq oyunu keçirəcək.
