Azərbaycan millisinin daha bir rəqibi müəyyənləşdi
04.03.2025 , 12:00
Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.
Korner.az xəbər verir ki, A millimiz Haiti yığması ilə qarşılaşacaq.
Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Matçın başlama saatı barədə daha sonra məlumat veriləcək.