“Azərbaycan millisinin Azərbaycanla heç bir bağlılığı yoxdur”
30.01.2020 , 16:11

DÇ-2022-nin elit mərhələsinin ilk turunda Azərbaycan millisini məğlub edən Xorvatiyanın baş məşqçisi Mato Stankoviç açıqlama verib.
Korner.az xəbər verir ki, o qələbəni belə şərh edib:
“Belə çətin qarşılaşmanı gözləyirdik. Futzalda hamı bilir ki, Azərbaycan yığmasının Azərbaycanla heç bir bağlılığı yoxdur. Bu, Azərbaycan-İran-Braziliya milli komandasıdı. Buna görə də ağır oyun gözləyirdik. Rəqibdə əcnəbilərin bolluğuna baxmayaraq, təzyiq etdik. Mükəmməl oyunumuza müdafiədə diqqətli davranmağımızı xüsusi əlavə edərdim.
Yaxşı oynadıq və layiqli qələbə əldə etdik. Azərbaycanın daha öncə hansısa oyunu qolsuz tamamladığını bilmirəm, amma müdafiədə sıx oynadıq, epizod az verdik. Slovakiyaya qarşı da bu cür oynamalıyıq. İndi zəif rəqib yoxdur, hamı mübarizə aparır”.
