Azərbaycan millisinin Avropa çempionatında son oyunu
27.09.2022 , 11:55

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirəcək.
Korner.az xəbər verir ki, Azərbaycan millisi saat 18:00-da Bolqarıstanın Albena şəhərində keçiriləcək oyunda lüksemburqlu yaşıdları ilə qarşılaşacaq. Oyunu İslandiyadan olan hakim idarə edəcək.
Avropa çempionatı, seçmə mərhələ
27 sentyabr
18:00 Lüksemburq – Azərbaycan
Baş hakim: Helgi Mikael Jonasson (İslandiya)
Baş hakimin köməkçiləri: Egill Gudvardur Gudlauqsson (İslandiya), Hristo Hadziyski (Bolqarıstan)
Dördüncü hakim: Georgi Ginçev (Bolqarıstan)
