Azərbaycan millisinin Avropa çempionatında rəqibləri məlum oldu
20.04.2023 , 19:58

Sabah Zaqrebdə (Xorvatiya) keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək.
Korner.az xəbər verir ki, bu gün yarışın püşkatması keçirilib və Azərbaycan millisinin güləşçiləri rəqiblərini tanıyıb.
55 kq. Eldəniz Əzizli – Artyom Deleanu (Moldova) / Stefan Qriqorov (Bolqarıstan) cütünün qalibi
60 kq. Nihat Məmmədli – Edmond Nazaryan (Bolqarıstan)
63 kq. Taleh Məmmədov – Jakopo Sandron (İtaliya) / Kristian Keçkemeti (Macarıstan) cütünün qalibi
67 kq. Həsrət Cəfərov – Pedro Migel (Portuqaliya)
72 kq. Ülvi Qənizadə – Andrey Kulyuk (Ukrayna)
77 kq. Sənan Süleymanov – Joltan Levai (Macarıstan)
82 kq. Rafiq Hüseynov – Mark Veber (İsveçrə)
87 kq. İslam Abbasov – Turpal Məqamedov (Fransa)
97 kq. Arif Niftullayev – Artur Omarov (Çexiya)
130 kq. Sabah Şəriəti – Dariuş Vitek (Macarıstan)
Sabah xalça üzərinə Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Sabah Şəriəti (130 kq) çıxacaq.
