Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti
16.08.2023 , 15:41

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatı üçün yekun heyəti məlum olub.
Korner.az xəbər verir ki, siyahıda 15 oyunçu yer alıb.
Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova,
Blokçular: Ayşən Abduləzimova (k), Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko.
Oyunqurucuları: Kristina Besman, Yana Doroşenko,
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.
Baş məşqçi: Ataman Güneyligil
Köməkşi məşqçilər: Gencer Yarkin, Famil Ağayev, Emin Əbilov
Azərbaycan yığması avqustun 18-də başlayacaq yarışda Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.
