Futzal

Azərbaycan millisinin 2 üzvü klubunu dəyişdi

16.02.2022 , 15:41

Azərbaycan millisinin iki oyunçusu klubunu dəyişib.

Korner.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadn xəbər verir ki, “Araz-Naxçıvan”dan ayrılan Amir Şojaei Qazaxıstanın “Bayterek” klubuna keçib.Futzalçının viza işləri artıq həllini tapıb və o, sabah yeni komanda yoldaşlarına qoşulacaq.

Avropa çempionatının final mərhələsində özünü yaxşı tərəfdən göstərən Rafael Vilela isə Rusiyanın “Tümen” klubu ilə anlaşıb. Hazırda Rusiya Superliqasına başçılıq edən bu komanda UEFA Çempionlar Liqasının “Dördlər finalı”nda da iştirakını davam etdirir. Hücumçu yeni klubu ilə müqaviləyə imza atıb və artıq o, “Tümen”in düşərgəsindədir.

Son yazılar

Yuxarı