Azərbaycan millisindən qələbə
02.09.2022 , 13:06

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Dünya Çimərlik oyunlarının (ANOC World Beach Games) Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.
Korner.az xəbər verir ki, Norveç yığması ilə üz-üzə gələn komandamız 6:3 hesabı ilə qalib gəlib. Millimizin heyətində Comərd Baxşəliyev (3), İsa Zeynallı, Orxan Məmmədov və Amid Nəzərov vurub.
Millimiz Dünya Çimərlik oyunlarında sentyabrın 3-də 9-10-cu yerlər uğrunda qarşılaşmada Moldova yığması ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 10:30-da başlayacaq.
