Azərbaycan millisindən qələbə
26.07.2023 , 12:30

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında Səudiyyə Ərəbistanı milli komandasına qarşı oyun 3:1 hesabı ilə millimizin xeyrinə nəticələnib.
Yığmamızın heyətində Comərd Baxşəliyev, Hüseyn Axundov və Orxan Məmmədov fərqlənib. Bu komandalar arasında növbəti oyun sabah keçiriləcək.
