Azərbaycan millisindən qələbə
02.05.2023 , 15:46
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib.
Korner.az xəbər verir ki, Farer adaları komandası ilə qarşılaşan yığma 4:2 hesabı ilə qələbə qazanıb.
Komandanın qollarını 50 və 90+3-cü dəqiqədə Əhməd Tarverdiyev, 85-ci dəqiqədə Ümid Səlimov, 90+5-ci dəqiqədə isə İslam İsmayılzadə vurub.
Milli növbəti oyununu mayın 4-də Albaniya komandasına qarşı keçirəcək.
Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.