Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
17.05.2023 , 19:59
Bakıda keçirilən Bədii Gimnastika üzrə Avropa çempionatına start verilib.
Korner.az xəbər verir ki, bədii gimnastika üzrə 39-cu Avropa çempionatında Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova çoxnövçülük proqramında 58.450 xalla bürünc medala layiq görülüb.