“Baş məşqçi dəyişikliyi komandaya təsir edir. Odur ki, Azərbaycan millisindəki baş məşqçi dəyişikliyi bizi narahat edir. Əminəm ki, azərbaycanlı futbolçular sabah özlərini göstərmək üçün əllərindən gələni edəcəklər. Onlar öz meydanlarında çıxış edirlər və qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər”.
Korner.az-ın futbolxeber.az-a istinadən məlumatına görə, bu sözləri Norveç yığmasının baş məşqçisi Per-Mattias Hoqmo deyib.
Sabah Avro-2016-nın seçmə mərhələsi çərçivəsində milli komandamızla qarşılaşacaq Norveç millisinin çalışdırıcısı bu gün Bakıda oyunöncəsi mətbuat konfransı keçirib.
Hoqmo Azərbaycan millisinin AVRO-2016-dakı çıxışı haqda bunları deyib: “Azərbaycan millisi bu tsikldə ən yaxşı oyununu Bolqarıstana qarşı keçirib. Biz Azərbaycan yığmasının oyunu məzh həmin görüşdəki çıxışa əsasən təhlil etmişik”.
