“Azərbaycan millisində oynayacağım barədə oxumuşam” – Miçel
20.04.2020 , 10:52

“5 ildir Azərbaycandayam və “Qarabağ”la hələ daha bir illik müqaviləm var. Hazırda çempionatda liderik və yenidən Çempionlar Liqasında mübarizə aparmağa çalışırıq. Amma burada qrupa düşmək daha çətindir. Çünki bunun üçün 4 mərhələ keçməlisən”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Miçel deyib.
Miçel Azərbaycan yığmasından təklif alıb-almamsı ilə bağlı sualı da cavablandırıb: “Belə bir şey oxudum, amma yalandır. Heç vaxt milliləşdirmə təklifi olmayıb”.
