“Məncə, sabah anşlaq olmayacaq. Axı necə də olsa, Portuqaliyayla yox, Azərbaycanla oynayacağıq”.
Korner.az-ın “Sport-Ekspress” nəşrinə istinadən məlumatına görə, bu sözləri “Lokomotiv”in (Moskva) və Rusiya millisinin üzvü Denis Qluşakov deyib.
Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində heç kimi tanımadığını bildirib: “Rəqibin müdafiədən oynayacağını bilirik. Buna görə də bizə asan olmayacaq. Azərbaycan millisində kimi tanıyıram? Prinsipcə, heç kimi… (pauzadan sonra) Hə, bircə Cavadovun adını eşitmişəm”.