Azərbaycan millisinə çağırıldı – 3 ildən sonra
30.09.2022 , 11:29
Braziliyalı futzalçı Amadeu 3 illik fasilədən sonra Azərbaycan millisinə dəvət alıb.
Korner.az xəbər verir ki, 32 yaşlı hücumameylli yarımmüdafiəçi 2024-cü il dünya çempionatının əsas mərhələsində Polşa və Yunanıstana qarşı keçiriləcək oyunlara çağırılıb.
Hazırda ölkəsinin “Marreko” klubunda çıxış edən vinger, sonuncu dəfə 2019-cu ildə yığmanın formasını geyinib.
Yenidən milliyə dəvət olunması ilə bağlı təəssüratlarını bölüşən təcrübəli oyunçu sevincini gizlətməyib:
“Seçmə mərhələdə oynamaq üçün çox işlədim. Azərbaycanda hər zaman mənə dəyər veriblər”.
6-cı qrupda yer alan Azərbaycanın futzal millisi oktyabrın 7-də Bakıda Polşa ilə, bundan 4 gün sonra isə Afinada Yunanıstanla qarşılaşacaq.