Azərbaycan millisi Xorvatiyaya məğlub oldu
15.04.2025 , 23:06

Futzal üzrə milli komandamız AVRO-2026-nın əsas mərhələsi çərçivəsində bu gün son oyununa çıxıb.
Korner.az xəbər verir ki, yığmamız Xorvatiya ilə qarşılaşıb.
Komandamız bu görüşdə 1:4 hesabı ilə məğlub olub.
Nəticədə 6 oyunda cəmi 2 xal toplayan Azərbaycan yığması qrup mərhələsini sonuncu pillədə başa vurub.
AVRO-2026
15 aprel
20:00 Azərbaycan – Xorvatiya 1:4
Qollar: Oktay Rüstəmli, 21:05 – David Mataja, 5:56; 11:05. Yosip Yurlina, 8:48. Nikola Qudasiç, 31:33
