Azərbaycan millisi üçün yeni rəqib
04.03.2021 , 19:50

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.
Korner.az xəbər verir ki, millimiz iyunun 2-də Minskdə Milli Olimpiya Stadionunda Belarus yığması ilə qarşılaşacaq. Oyunun saatı ilə bağlı məlumat veriləcək.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, milli mayın 27-i Türkiyə ilə də yoldaşlıq görüşü keçirəcək.
