Milli mübarizəni dayandırdı
29.01.2022 , 22:28

Futzal üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının qrup mərhələsində son oyununa çıxıb.
Korner.az xəbər verir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv Bosniya və Herseqovina yığması ilə qarşılaşaıb. Niderlandın paytaxtı Amsterdamda, “Ziggo Dome” arenada keçirilən matçda milli 2:4 hesabl ilə uduzub.
Azərbaycan yığması qrupda Gürcüstana uduzub (2:3), İspaniya ilə isə heç-heçə edib (2:2).
Avropa çempionatı
29 yanvar
20:30 Azərbaycan – Bosniya və Herseqovina – 2:4
Hakimlər: Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (Çexiya)
