Azərbaycan millisi üçün 20 futbolçu
23.09.2023 , 12:36

Azərbaycan minifutbol millisinin bu gündən Türkiyədə keçiriləcək təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.
Korner.az xəbər verir ki, baş məşqçi Elşad Quliyev heyətə 20 oyunçu dəvət edib.
Millinin heyəti: Davud Kərimi, Ağaseyid Qasımov, Tural Nərimanov, Bəxtiyar Soltanov, Rəvan Kərimov, Taleh Babayev, Pərviz Qaraxanov, Mirkamil Əliyev, Seymur Məmmədov, Aleksandr Şemonayev, Samir Həmzəyev (hamısı “Zirə”), Rizvan Fərzəliyev, Elvin Əlizadə, Cəfər Cəfərov, Mirmehdi Rzayev, Vəli Qafarov, Vüsal İsayev, Təmkin Xəlilzadə, Emil Məmmədov, Eşqin Tağıyev (hamısı “Birbaşa Bakı”).
Millinin toplanışı oktyabrın 7-nə qədər davam edəcək.
