Azərbaycan millisi Türkiyəyə məğlub oldu
04.10.2024 , 23:09

Azərbaycan U-16 millisi Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə bu gün ikinci oyununu keçirib.
Korner.az xəbər verir ki, millimiz Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş Türkiyə millisinin 6:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, millimiz turnir çərçivəsində keçirdiyi ilk oyununda Türkmənistanın U-17 kollektivinə 0:3 hesabı ilə məğlub olub.
