Azərbaycan millisi Türkiyə ilə heç-heçə etdi
11.04.2023 , 18:38

Bu gün “Dalğa Arena”da qadın futbolçulardan ibarət Azərbaycan və Türkiyə milli komandaları arasında növbəti yoldaşlıq oyunu keçirilib.
Korner.az xəbər verir ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Bu komandalar arasında 3 gün əvvəl keçirilmiş ilk oyunda Türkiyə yığması 1:0 hesablı qələbə qazanmışdı.
