Azərbaycan millisi Şimali İrlandiyaya qarşı
18.02.2025 , 10:56

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində ilk oyununa çıxacaq.
Korner.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan yığma Şimali İrlandiya ilə üz-üzə gələcək.
Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda baş tutacaq qarşılaşmanı rumıniyalı Roxana Rekorean idarə edəcək.
Matça Bakı vaxtı ilə saat 14:30-da start veriləcək.
