Azərbaycan millisi Serbiyaya qarşı
30.10.2024 , 10:30
17 yaşadək qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının 1-ci seçmə mərhələsində ilk oyununu keçirəcək.
Korner.az xəbər verir ki, millimiz Lüksemburqda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
30 oktyabr
21:00. Serbiya (U-17) – Azərbaycan (U-17)
Baş hakim: Charlotte Carpenter, Michelle Jane Portelli (Uels), Sopo Tsulaia, Mzevinari Sharashanidze (Gürcüstan)
Munisipial stadionu, Bettemburq