Azərbaycan millisi Qazaxıstana qalib gəldi
19.02.2025 , 16:36

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda bu gün üçüncü oyununu keçirib.
Korner.az xəbər verir ki, U-17 B qrupundakı son görüşündə Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş millimizin 2:1 hesablı qələbəsi ilə bitib.
Millinin heyətində Əhməd Vəliyev (57) və İmran Süleymanzadə (66) fərqlənib.
