Azərbaycan millisi Polşaya məğlub oldu
11.03.2020 , 20:27

Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Korner az xəbər verir ki, milli “ASK Arena”da Polşa yığması ilə qarşılaşıb.
Millimiz bu görüşdə 0:5 hesabı ilə məğlub olub.
AÇ-2021-in seçmə mərhələsi
11 mart
Azərbaycan – Polşa 0:5
Qol: E.Pajor, 19; 90+1. A.Şikora, 44; 90+3. A.Tarjinska, 90.
Hakimlər: Kristiana Mariana Trandafir, Petruta Klaudia İugulescu, Daniela Konstantinesku, İuliana Elena Demetresku (Hamısı Rumıniya).
Bakı. “ASK Arena”.
