Azərbaycan millisi Parisə yola düşdü – FOTOLAR
08.10.2025 , 14:59
Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələssi çərçivəsində səfərdə Fransa və Ukraynanın qonağı olacaq.
Korner.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv bu gün Parisə yola düşüb.
Qeyd edək ki, millimiz oktyabrın 10-da Parisdə Fransa seçməsi ilə üz-üzə gələcək. 3 gün sonra isə komanda Polşanın Krakov şəhərində Ukraynanın qonağı olacaq.
