Azərbaycan millisi mübarizəni dayandırdı
02.02.2020 , 11:41

DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində Slovakiya yığması ilə keçirilmiş oyunda 3:3 hesablı heç-heçə edən və aktivindəki xalların sayını 4-ə yüksəldən Azərbaycan milli komandası pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
Korner.az xəbər verir ki, qrupun son oyununda Xorvatiya millisini məğlub edən Rusiya yığması birinci pilləni tutub və mundialın final mərhələsinə birbaşa vəsiqə qazanıb.
6 xala malik olan Xorvatiya yığması isə ikinci pillədə qərarlaşmaqla pley-off oyunlarında iştirak etmək hüququ qazanıb.
