Azərbaycan millisi mövqeyini dəyişmədi
09.04.2020 , 17:44

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Korner.az xəbər verir ki, hesabat dövründə oyun keçirməyən Azərbaycan millisinin mövqeyi dəyişməyib. Milli komanda 1177 xalla 114-cü yerdə qalıb.
Qeyd edək ki, Belçika 1765 xalla 1-ci, Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cüdü.
