Azərbaycan millisi Monteneqroya qarşı
08.04.2025 , 10:00

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında 3-cü oyununu keçirəcək.
Korner.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Nikşiçdə Monteneqro yığmasının qonağı olacaq.
Nikşiç şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı Andorradan olan hakimlər briqadası idarə edəcək.
Görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
