Futzal

Azərbaycan millisi Moldovaya böyük hesabla qalib gəldi

04.03.2021 , 22:55

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

Korner.az xəbər verir ki, yığmamız Moldovanı qəbul edib. Bakı İdman Sarayında keçirilən görüş millimizin böyükhesablı qələbəsi ilə başa çatıb – 5:1. Oyun azarkeşlər və media üçün qapalı olub.

Qeyd edək ki, qrupdakı ilk iki oyunda maksimum nəticə qazanan Azərbaycan millisi 9 xalla liderliyini davam etdirir. Moldova isə 4 xalla 2-cidir. Qrupun digər görüşündə Slovakiya Yunanıstanı qəbul edəcək.

4 mart

19:00. Azərbaycan – Moldova – 5:1
Qollar:
Fineo, 7. R.Fərzəliyev, 14. H.Ahmadi, 15. Bolinya, 27; 40 – S.Takot, 26.
Hakimlər: Giulio Kolombin (İtaliya), Daniel Dadamo (San-Marino), Əli Cəbrayılov (Azərbaycan)
Bakı İdman Sarayı

Son yazılar

Yuxarı