Azərbaycan millisi Milana yola düşdü
13.03.2024 , 14:20

Bəddi gimnastika üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışı üçün İtaliyanın Milan şəhərinə yola düşüblər.
Korner.az xəbər verir ki, toplanışda 9 gimnast iştirak edəcək.
Belə ki, federasiyanın idman direktoru Natalya Bulanova, bədii gimnastika üzrə milli komandamızın məşqçiləri Siyana Vasileva və Yevgeniya Vilyayevanın rəhbərliyi altında fərdi gimnastlar Mədinə Dəmirova, Alina Məmmədova, Leyli Ağazadə, eləcə də böyüklərdən ibarət qrup hərəkətləri komandasının üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina İtaliyada hazırlıq keçəcəklər.
