Azərbaycan millisi İranı məğlub etdi
17.02.2025 , 15:30

U-17 yığma komandamız bu gün UEFA İnkişaf Kubokunda ikinci matçına çıxıb.
Korner.az xəbər verir ki, İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv Belarusun paytaxtı Minskdə təşkil olunan turnirdə İranla qarşılaşıb.
Oyun Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.
