Azərbaycan millisi İngiltərəyə qarşı
15.10.2024 , 09:50

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisi bu gün qrupda sonuncu – 10-cu oyununa çıxacaq.
Səfərdə İngiltərənin U-21 komandası ilə keçiriləcək millimizin oyununa Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.
15 oktyabr
22:30. İngiltərə U-21 – Azərbaycan U-21
Baş hakim: Ivana Martinçiç (Xorvatiya)
Bristol. “Aşton Qeyt” stadionu
