Azərbaycan millisi İngiltərə ilə eyni qrupda
02.02.2023 , 13:31

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, püşkün nəticəsinə əsasən, seçmə mərhələdə F qrupunda mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri İngiltərə, Ukrayna, Serbiya, Şimali İrlandiya və Lüksemburq olacaq.
Qitə çempionatının final mərhələsi 2025-ci ildə Slovakiyada təşkil olunacaq.
