Azərbaycan millisi ilk oyunda Türkiyəyə məğlub oldu
03.05.2023 , 16:17

Bu gün Türkiyənin Antalya şəhərində çimərlik futbolu üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Korner.az xəbər verir ki, qarşılaşma 4:3 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb.
Millimizin heyətində Sabir Allahquliyev, Comərd Baxşəliyev və Orxan Məmmədov fərqlənib.
Bu komandalar arasında növbəti oyun mayın 4-də keçiriləcək.
