Azərbaycan millisi ikinci yoxlama matçında da məğlub oldu
26.03.2025 , 16:21

Minskdə təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi ikinci yoxlama görüşündə də məğlub olub.
Korner.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Belarusun müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında martın 23-də keçirilən ilk yoxlama matçında da Belarus 3:0 hesablı qələbə qazanmışdı.
