Azərbaycan millisi gürcülərə qalib gəldi
29.01.2020 , 18:07

Tbilisi şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
Korner.az xəbər verir ki, Gürcüstanın eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 1:0 hesablı qələbə qazanıb. Millimizin heyətində Nisrina Zeriul fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş oyunda Gürcüstan yığması 1:0 hesabı ilə qalib gəlmişdi.
