“Azərbaycan millisi güclü idi”
03.06.2021 , 10:45

Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Azərbaycan yığmasına qarşı yoldaşlıq oyunu barədə fikirlərini bildirib.
Korner.az xəbər verir ki, o, 1:2 hesabı ilə uduzduqları matçdan sonra bunları deyib:
“Bu gün meydanda bacardığımızı etdik. Baxmayaraq ki, optimal heyətlə mübarizə aparmırdıq. Azərbaycan millisinin oyununa bələd idik. Bilirdik ki, yaxşı futbol oynayır. Məğlub olmağımızın əsas səbəbi də məhz bu idi. Rəqib bu gün güclü idi”.
