Azərbaycan millisi Fransaya məğlub oldu
07.09.2020 , 23:03

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Korner.az xəbər verir ki, Milan Obradoviçin yetirmələri Fransa millisini qəbul edib. Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmada millimiz məğlub olub -1:2.
Avropa çempionatı
2-ci qrup
7 sentyabr
21:00 Azərbaycan – Fransa – 1:2
Qollar: Eduard, 25-pen, Qouiri, 83 , Tural Bayramov, 90
Hakimlər: Halis Özkahya, Kerem Ersoy, Serkan Olguncan, Alper Ulusoy (hamısı Türkiyə)
Sumqayıt şəhər stadionu
