Azərbaycan millisi FİFA reytinqində mövqeyini qorudu
20.02.2020 , 17:24

FİFA milli komandaların 2020-ci il üçün ilk reytinq siyahısını açıqlayıb.
Korner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, hesabat dövründə oyun keçirməyən Azərbaycan millisinin mövqeyi dəyişməyib.
Milli komanda 1177 xalla 114-cü yerdə qalıb.
