Azərbaycan millisi FİFA reytinqində gerilədi
06.04.2023 , 14:24

Azərbaycan millisi FİFA reytinqində 3 pillə geriləyib.
Korner.az xəbər verir ki, yığma komanda hazırda 1142 xalla 124-cü sırada qərarlaşıb.
Buna millinin AÇ-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4 və İsveçə 0:5 hesablı məğlubiyyətləri səbəb olub.
Bir pillə irəliləyən Türkiyə millisi 1465 xalla 43-cü yeri tutub.
Reytinq siyahısına 1840 xalla Argentina millisi liderlik edir. Fransa yığması 1838 xalla ikinci pilləyə irəliləyibsə, əvvəlki reytinqin lideri Braziliya millisi isə 1834 xalla üçüncü sıraya düşüb.
