Azərbaycan millisi Ermənistanla qarşılaşacaq
27.07.2022 , 12:38
18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi bu gün San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirəcək.
Korner.az xəbər verir ki, C divizionunda yer alan yığma komanda B qrupundakı üçüncü matçında Ermənistanla üz-üzə gələcək. Görüş saat 19:00-da başlayacaq.
Azərbaycan millisi qrupdakı ilk oyununda Lüksemburqa 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.
