İyulun 25-də Avropa zonası üzrə DÇ-2018-in seçmə mərhələsinin püşkü zamanı 52 yığmanın hansı səbətlərdə yer alacağı müəyyənləşib.
Korner.az-ın məlumaına görə, 6 səbətin 5-də 9, son səbətdə isə 7 yığma yer alacaq. Azərbaycan millisi 5-ci səbətdə qərarlaşacaq.
Azərbaycan onunla birlikdə eyni səbətdə yer alan Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Litva və Moldova yığmalarına rəqib ola bilməyəcək.
1-ci səbət: Almaniya, Belçika, Hollandiya, Portuqaliya, Rumıniya, İngiltərə, Uels, İspaniya, Xorvatiya
2-ci səbət: Slovakiya, Avstriya, İtaliya, İsveçrə, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina
3-cü səbət: Ukrayna, Şotlandiya, Polşa, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Serbiya, Yunanıstan
4-cü səbət: Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Monteneqro, Estoniya
5-ci səbət: Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Azərbaycan, Litva, Moldova
6-cı səbət: Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San-Marino, Andorra
