Azərbaycan millisi Ermənistana qalib gəldi
25.07.2024 , 20:44

Azərbaycan millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C Divizionunda sonuncu qrup oyununa çıxıb.
Korner.az xəbər verir ki, B qrupunda qərarlaşmış millimizin rəqibi Ermənistan yığması olub. Oyuna sürətli başlayan Azərbaycan millisi rəqibini 68-42 hesabı ilə məğlub edib.
Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Deniz Gökçöl (21 xal, 7 ribaund) seçilib.
