Azərbaycan millisi dünya çempionu oldu
01.06.2025 , 21:11

Bu gün minifutbol üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatında final oyununa çıxıb.
Korner.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Macarıstanla qarşılaşıb.
Oyun yığmamızın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin heyətində qolları Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov və Rəvan Kərimov (dubl) vurub.
Bununla da Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv tarixində ilk dəfə dünya çempionatının qalibi olub.
Final
Azərbaycan – Macarıstan – 4:2
Qollar: Təmkin Xəlilzadə, 2; Məhəmməd Xəlilov, 8; Rəvan Kərimov, 10, 29
