Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Braziliyanın “Botafoqo” klubu ilə üz-üzə gəlib.
Korner.az-ın məlumatına görə, qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Hər iki qolu Şahban Cəbrayılov vurub.
Azərbaycan millisi turnir çərçivəsində keçirdiyi ilk oyunda Gürcüstan komandasını 2:1 hesabı ilə məğlub etmişdi.
Nikolay Adamın yetirmələri qrupda son matçını mayın 12-də, Bakı vaxtı ilə saat 12:00-da İran yığmasına qarşı keçirəcək.